Bu gün "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün satışa çıxarılan 6000 biletin 60 faizdən çoxu satılıb.
Sportnet.az-ın flaqmanın rəsmi saytına istinadən məlumatına görə, artıq 4000-dək bilet alınıb. Qiyməti sektorlardan asılı olaraq, 1 manat, 2 manat, 5 manat və 20 manat (VİP yerlər) olan biletlərin satışı bu gün saat 13:00-da "Dalğa Arena”ya köçürüləcək.
Azarkeşlərin oyuna gedib-qayıtmaları da təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.















































































