"Zirə” klubu yeni futbolçularla anlaşıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Bilal Hamdi və Dilan Duventru ilə müqavilə bağlanılıb. Hər iki oyunçu Fransa vətəndaşıdır. Onların sonuncu klubu Kipr təmsilçisi "Alki” olub. Futbolçularla 1+1 illik müqavilə bağlanılıb.
27 yaşlı Hamdi cinah hücumçusu, 29 yaşlı Duventru isə yarımmüdafiəçidir.










































































