"Sabah cavab oyunana çıxacaq. Birinci matçda 1:4 hesabı ilə uduzdur. Doğma meydanda qələbə qazanmağa çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da səhvlərdən qapımızdan qollar gördük. Ümid edirik ki, sabahkı oyunda sevinən tərəf biz olacağıq.”
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə” klubunun müvəqqəti baş məşqçisi Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
İsmayılov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- 1:4 hesablı məğlubiyyət komandaya daha çox təsir etdi, yoxsa baş məşqçi Yuri Maksimovun istefa verməsi?
- Məğlubiyyət ondan öncə oldu. İki gün sonra isə baş məşqçi istefa verdi. 1:4 hesablı məğlubiyyət bizə daha çox təsir etdi.
- "Keşlə” bu məğlubiyyətin əvəzin çıxa biləcəkmi?
- Rəqib zəif deyil. Malta klubu olsa da, bunu hamı gördü. Gərək oyuna istekli yanaşaq. Onların üstün tərəfləri əks hücumlar idi. Bizim də səhvlərimiz oldu. Gözləmədiyimiz səhvlərdən qollar buraxdıq. Rəqib maksimum şanslardan yararlandı. Biz də əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq.
- İlk dəfə Avropa Liqasında baş məşqçi kimi komandanı oyuna çıxaracaqsınız. "Keşlə”nin oyununda hansı dəyişiklər olacaq?
- Bu oyunda rəqibin zəif cəhətlərindən maksimum istifadə etmək istəyirik. Onlar yəqin ki, müdafiə olunacaq.
- "Keşlə”nin itiriləsi heç nəyi qalmayıb. Amil Yunanov və Bahadır Nəsimovu birlikdə meydanda görə bilərikmi?
- Biz hücum futbolu oynayacağıq. Hər şey ola bilər. Hücum eləməyə məcburuq.
- Maksimovun taktiki planına sadiq qalacaqsınız?
- İlk dəqiqələrdən hücum eləyəcəyik. Rəqib öz meydanında da əks hücumlara bel bağlamışdı.
- Pərdis komandaya qayıda bilərmi?
- Hazırda transferləri bağlamışıq. Onunda komandadan getməyi məlumdur. O məsələ hələ ki, bağlanıb.
- Zaur Axundov nec ə komandaya necə dəstək olur. Cavab oyununda uğurlu nəticə qazancağınıza inanırmmı?
- Zaur Axundov oyundan sonra da futbolçularla görüşdü. Onlara dedi ki, başınızı aşağı salmayıb. Dünən də məşqdə iştirak edib. Mərhələni keçəcəyimizə inanır.
- Sabahkı oyunda "Keşlə”nin uğur qazanmasına nə mane ola bilər?
- Bizim qol buraxmağa haqqımız yoxdur. Müdafiədə ayıq - sayıq olmalıyıq. 15-ci dəqiqəyə kimi qol olsa, matçda dönüş eləmək olar. Hücum xəttində isə daha yaxşı çıxış etməliyik.
- Yuri Maksimov ayrılanda sizə oyunla bağlı hansısa göstərişlər verdi? "Baltsan”ı necə mübarizədən kənarlaşdırmaq haqqında sizinlə söhbəti oldumu?
- O, sağollaşdı və uğurlar arzuladı. Amma oyunla bağlı heç nə demədi.
- Sabah baş məşqçi kimi avrokuboklarda ilk oyuna çıxacaqsınız. Yuri Maksimovdan nələr öyrənmisiniz?
- Onun özünə uyğun oyun sistemi. Ondan götürəsi şeylər çoxdur. Hər məşqçidən çalışıram nəsə götürüm. Maksimov hücum futboluna üstünlük verirdi.
- Uğurlu nəticə sizin posta qalmağına təkan verə bilərmi?
- Bu, rəhbərliyin qərarıdır.