1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roberto Bordin: "Bəlkə də səhvim idi ki..."
"Əlbəttə, ilk 2 qoldan sonra çox ağır oldu. Müdafiənin səhvindən sonra 3-cü qolu da buraxdıq. Geri dönüş etməyə cəhd etsək də, dördüncü top da qapımıza daxil oldu. Komandanı düzgün motivasiya edə bilməmişdik. Azarkeşlər üçün yaxşı nəticə göstərə bilmədik".
Sportnet.az-ın Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Qalib heyəti və taktikanı dəyişməzlər. Sizi taktikanı dəyişməyə nə vadar etdi?
- Bu, bir deyimdir, futbolda belə şeylər olur. Amma biz çox erkən iki top buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi.
- "Uypeşt"də sizi təəccübləndirən nə oldu?
- Əlbəttə, iki qol bizə çox təsir etdi. Yarımmüdafiə xətti gözlənilən səviyyədə oynamadı. Bəlkə də səhvim idi ki, komandanı yüksək toplarla oynatmadım.
- "Uypeşt"in 2 futbolçusu Bakıdakı görüşdə oynamamışdı. Bu gün onların meydanda olması oyuna təsirini göstərdi?
- Bunlar artıq keçmişdə qaldı. Yarımmüdafiə xəttində səhvlərə yol verdik. Qollar buraxdıqdan sonra vəziyyəti dəyişmək mümkün olmadı.
- Müdafiə xəttindəki Ruslan Abışov - Kirilo Petrov tandeminin çıxışından razı qaldınız?
- Yalnız müdafiəçilər haqqında danışmaq düzgün deyil. Komanda şəklində udur və ya uduzuruq.
- Emin Mahmudovun meydanda olmamasının səbəbi nə idi?
- Xüsusi səbəb yox idi. Taktiki seçim idi.
- İlk matçla müqayisədə meydanda pressinq etməməyinizin səbəbi nə idi?
- Bu, normal haldır. Bilirdik ki, rəqib bizi sıxacaq. Ona görə də müdafiədən oynayaraq, əks-hücumlara atılmaq üzərində düşünürdük. Təəssüf ki, bunu edə bilmədik. Halbuki hücumda kifayət qədər bacarıqlı oyunçularımız var idi.