AFFA baş katibinin müavini Sərxan Hacıyevə təyinat gəlib.
Sportnet.az-ın məlumatına görə, Hacıyev Belarusun "Şaxtyor" (Soliqorsk) və Polşanın "Lex" komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Sven Oddvar Moen, Kim Tomas Hoqlund, Maqnus Lundberq və Espen Andreas Eskasdan ibarət norveçli hakimlər briqadasının işinə xorvatiyalı İqor Pristovnik qiymət verəcək.
Bu görüş iyulun 26-da Soliqorsk şəhərindəki "Budivelnik" stadionunda təşkil olunacaq və saat 21:30-da start götürəcək.

















































































