1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" təhlükəli olduğunu göstərdi"
"Rəqibin gücünü bilirdik və belə oyun gözləyirdik. Çünki "Qarabağ”ın yaxşı keyfiyyətləri var”.
Sportnet.az sportekspres.com saytına istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada "Qarabağ”la ilk matçdakı qolsuz heç-heçədən sonra "Kukesi”nin futbolçusu Simo Rumbulaku deyib.
27 yaşlı müdafiəçi bildirib ki, taktiki baxımdan yaxşı çıxış ediblər. O, nəticənin önəmli olduğunu söyləyib: "Taktiki baxımdan ideal çıxış etdik. Əlbəttə, hücumda elə də yaxşı deyildik. Amma müdafiədə düzgün oynadıq. Bir səhv bizə baha başa gələ bilərdi. Ümumilikdə hər kəs yaxşı çıxış etdi. Bu, bütün heyətin xidmətdir. Cavab matçına daha yaxşı hazırlaşmalıyıq”.
Rumbulaku cavab oyununda müdafiədə ehtiyyatlı davranmalı olduqlarını vurğulayıb: "Cavab görüşündə qol buraxmamalıyıq. Özümüz fərqlənsək, mərhələ keçmək şansımız olacaq. Səfərdə müdafiədə ehtiyyatlı olmalıyıq. Çünki rəqib hücumda təhlükəli olduğunu göstərdi”.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.