Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib.
A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu oktyabrın 17-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.