
Topaz Premyer Liqasının III turunda "Qarabağ”la "Azərsun Arena”da 1:1 hesablı heç-heçə etdikdən sonra bir günlük fasiləyə buraxılan "Neftçi"komandası məşqləri bərpa edib.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə çalışıb. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycanın milli və U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün IV tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.