"Neftçi" klubu Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının 6-cı ildönümü ilə əlaqədar sənədli film hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, filmdə klubun sabiq vitse-prezidenti Tahir Süleymanov, keçmiş futbolçular Mahir Şükürov, Saşa Stamenkoviç, Erik Ramos, Cavid İmamverdiyevin fikirləri yer alıb.
Qeyd edək ki, 2012-ci il avqustun 30-da keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Kiprdə APOEL-i 3:1 hesabı ilə yenib. İlk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından, flaqman qrup mərhələsinə yüksəlib.