UEFA Gənclər Liqasının Çempionlar Yolunda çıxış edəcək "Qəbələ” klubunun rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi yarışa vəsiqə qazanan "qırmızı qaralar” I mərhələdə Moldova "Şerif"i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.
"Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab görüşü noyabrın 28-də səfərdə keçiriləcək.
I mərhələ
"Altınordu” (Türkiyə) - HİK (Finlandiya)
"Jilina” (Slovakiya) - "Monpelye” (Fransa)
"Bazel” (İsveçrə) - "Hemilton Akademikal” (Şotlandiya)
"Dinamo” (Kiyev, Ukrayna) - "Septemvri” (Bolqarıstan)
"Elfsborq” (İsveçrə) - "Reykavik” (İslandiya)
"Anderlext” (Belçika) - "Admira Vakker” (Avstriya)
"Mityullan” (Danimarka) - "Bohemian” (İrlandiya)
"Çelsi” (İngiltərə) - "Mölde” (Norveç)
AEL (Kipr) - PAOK (Yunanıstan)
"Siqma” (Çexiya) - "Maribor” (Sloveniya)
"Qəbələ” (Azərbaycan) - "Şerif” (Moldova)
"Herta” (Almaniya) - "Lex” (Polşa)
"Astana” (Qazaxıstan) - "Vlajniya” (Albaniya)
"Anji” (Rusiya) - "Makkabi” (Təl-Əviv, İsrail)
"Viitorul” (Rumıniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Minsk” (Belarus) - "İlleş Akademiya” (Macarıstan)
II mərhələ
"Anderlext” (Belçika) - "Admira Vakker” (Avstriya) / "Dinamo” (Kiyev, Ukrayna) - "Septemvri” (Bolqarıstan)
"Mityullan” (Danimarka) - "Bohemian” (İrlandiya) / "Bazel” (İsveçrə) - "Hemilton Akademikal” (Şotlandiya)
"Altınordu” (Türkiyə) - HİK (Finlandiya) / "Jilina” (Slovakiya) - "Monpelye” (Fransa)
"Elfsborq” (İsveçrə) - "Reykavik” (İslandiya) / "Çelsi” (İngiltərə) - "Mölde” (Norveç)
AEL (Kipr) - PAOK (Yunanıstan) / "Minsk” (Belarus) - "İlleş Akademiya” (Macarıstan)
Qəbələ” (Azərbaycan) - "Şerif” (Moldova) / "Herta” (Almaniya) - "Lex” (Polşa)
"Astana” (Qazaxıstan) - "Vlajniya” (Albaniya) / "Viitorul” (Rumıniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Siqma” (Çexiya) - "Maribor” (Sloveniya) / "Anji” (Rusiya) - "Makkabi” (Təl-Əviv, İsrail)
-----------
Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da start götürəcək mərasimdə Azərbaycan təmsilçisi "Qəbələ”nin də rəqibləri müəyyənləşəcək.
Əsasnaməyə uyğun olaraq, yarışa UEFA-nın reytinqində ilk 32 pillədə qərarlaşan milli assosiasiyaların təşkil etdikləri Gənclər Liqasının qalibləri qatılmalıdır. Lakin Lixtenşteyndə analoji yarış keçirilmədiyi üçün vakant yeri 33-cü sıradakı Macarıstanın "İlleş Akademiyası” komandası tutub. Həmçinin, "Atletiko” (İspaniya), "İnter” (İtaliya), "Benfika” (Portuqaliya), PSV (Hollandiya) və "Srvena Zvezda” (Serbiya) klublarının əsas komandaları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları üçün onların gənclərdən ibarət kollektivləri Çempionlar Liqası Yolunda çıxış edəcəklər. Bu komandaları isə reytinqdə müvafiq olaraq, növbəti sıralarda qərarlaşan ölkələrin təmsilçiləri əvəzləyib.
Beləliklə, püşkatmada "Qəbələ” ilə yanaşı, daha 31 klubun – "Herta” (Almaniya), "Çelsi” (İngiltərə), "Monpelye” (Fransa), "Anji” (Rusiya), "Dinamo” (Kiyev, Ukrayna), "Anderlext” (Belçika), "Altınordu” (Türkiyə), "Siqma” (Çexiya), "Bazel” (İsveçrə), PAOK (Yunanıstan), "Admira Vakker” (Avstriya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Viitorul” (Rumıniya), "Mityullan” (Danimarka), "Minsk” (Belarus), "Lex” (Polşa), "Elfsborq” (İsveçrə), "Makkabi” (Təl-Əviv, İsrail), "Hemilton Akademikal” (Şotlandiya), AEL (Kipr), "Mölde” (Norveç), "Septemvri” (Bolqarıstan), "Astana” (Qazaxıstan), "Maribor” (Sloveniya), "Jilina” (Slovakiya), "İlleş Akademiya” (Macarıstan), "Şerif” (Moldova), "Reykavik” (İslandiya), HİK (Finlandiya), "Vlajniya” (Albaniya) və "Bohemian” (İrlandiya) rəqibləri bəlli olacaq.
Artıq bu komandalar arasında coğrafi prinsiplərə əsasən, bölgü aparılıb və "Qəbələ"nin potensial rəqiblərinin sayı 7-yə enib. Bunlar "Herta" (Berlin, Almaniya), "Siqma" (Çexiya), PAOK (Yunanıstan), "Lex" (Poznan, Çexiya), AEL (Limassol, Kipr), "Maribor" (Sloveniya) və "Şeriff" (Tiraspol, Moldova) klublarıdır.
I mərhələnin oyunları 3 - 24 oktyabrda, II raundun görüşləri isə 7 - 28 noyabrda keçiriləcək. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək.
Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Burada və 1/4 final raundunda qaliblər 1 oyunla müəyyənləşəcək. Yarımfinal və final matçları 26 - 29 apreldə Nyonda "Kolovre” stadionunda keçiriləcək.
Qeyd edək ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də yarışa Gənclər Liqasının qalibi kimi qatılan "qırmızı-qaralar” I mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.