1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Atletiko"nun futbolçusu "Qarabağ"la görüşləri xatırladı
İspaniyanın "Ateletiko" klubunun futbolçusu Koke ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdikləri oyunlar barədə danışıb.
Sportnet.az europapress.es saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümün I turunda səfərdə qarşılaşacaqları Fransa "Monako"su ilə oyundan öncə təşkil olunan mətbuat konfransında "Qarabağ"a qarşı yaxşı oynaya bilmədikləri söyləyib. O, eyni halla La Liqanın IV turunda evdə "Eybar"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə də üzləşdiklərini bildirib: "Ötən mövsüm Çempionlar Liqasındakı oyunlarımızda da lazımi sayda qol vura bilməmişdik. Xüsusən, "Qarabağ"a qarşı matçlarda yaxşı oyun sərgiləməyi bacarmamışdıq. Məni daha çox şanslarımızdan yararlanmamağımız narahat edir. Bu hal "Eybar"la La Liqa matçımızda da baş verdi. Lakin rəqib komandanın qapıçısı Marko Dmitroviç əla oynadı. İndi biz Çempionlar Liqasının qrup mərhələsində maksimum xal toplamağa çalışmalıyıq".
Qeyd edək ki, "Atletiko" ötən mövsüm "Qarabağ"la yanaşı, İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" klubları ilə eyni qrupda yer alıb. Azərbaycan çempionu Madrid təmsilçisinə hər iki oyunda məğlub olmayıb - 0:0, 1:1. Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasında çıxış edib və sonda qalib oliub.