1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz gerilədi, Kosovo və Maltanı irəli saldı
FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 3 pillə irəliləyərək 1092 xalla 138-ci yerdə qərarlaşıb. Malta 1 pillə irəliləyərək 928 xalla 183-cü yerdədir. Farer adaları isə 2 pilllə geriləyib. Komanda 1261 xalla 92-cidir.
FIFA reytinqində ilk pillənin sahibi dəyişib. Belçika 1 pillə irəliləyərək 1729 xalla siyahıya başçılıq edir. Eyni xala malik dünya çempionu Fransa ikincidir, 1663 xalı olan Braziliya üçüncüdür.
Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1456 xalla 38-cidir. Rusiya isə 3 pillə irəliləyərək 1423 xalla 46-c yerdədir.