
Qazaxıstan "Astana"sı Avropa Liqasının qrup mərhələsinə səfər heç-heçəsi ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, "Astana" Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"ya məğlubiyyətdən son anda qurtulmağı bacarıb - 2:2. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Viktor Tsıqankov açıb. Qonaqlardan Marin Aniçiç 21-ci dəqiqədə bərabərlik qolunu vursa da, 45+2-ci dəqiqədə Denis Qarmaş "Dinamo"nu yenidən önə çıxarıb. Bununla belə, 90+5-ci dəqiqədə Roman Murtazayev yenidən hesabda tarazlıq yaradıb.
Bu görüşdə "Astana"nın heyətində Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 80-ci dəqiqəyədək meydanda olub. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək oynayıb. O, komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub.