
Premyer Liqanın VIII turu çərçivəsində keçirilən "Araz Naxçıvan" - AZAL görüşü meydan sahiblərinin üzvü Bəxtiyar Soltanovun yubileyi ilə yadda qalıb. Sportnet.az-ın məlumatına görə, Naxçıvan klubunu hücumameylli yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Futbolçu yubiley matçını AZAL-a qarşı keçirib. Çempionatda 2007/2008-ci illər mövsümündə debüt edən Bəxtiyar indiyə qədər Premyer Liqada "Bakı”, "Qarabağ”, "Simurq”, "Kəpəz” və "Rəvan”ın formalarını geyinib. Yubiley oyununda fərqlənə Soltanovun bu, Premyer Liqada 14-cü qolu olub.
Qeyd edək ki, "Araz Naxçıvan" - AZAL matçı heç-heçə başa çatıb - 2:2.