"İndiyədək ölkə xaricində çox az turnirdə iştirak etmişik. Hesab edirəm ki, bu bizim üçün ən yüksək səviyyəli turnirdir”. Sportnet.az-ın məlumatına görə, "Neftçi”nin baş məşqçisi Ramil Həbibov bu sözləri "III Qəbələ Kuboku”nun qrup mərhələsindəki "Anderlext”lə olyundan sonra deyib.
Həbibov turnir ərzində müdafiədə xeyli səhvə yol verdiklərini bildirib: "Təşkilatçılardan çox razıyam ki, bizə də imkan yaratdılar və belə komandalarla özümüzü sınaya bildik. Fikirimcə, ancaq futbolçularım yox, şəxsən mən baş məşqçi olaraq bu turnirdə çox təcrübə qazandım. Düzdür, mənim də səhvlərim oldu. Biz ilk iki oyunda yaxşı təsir bağışladıq, məğlubiyyətə layiq olmadıq. Əsas səhvi "Lokomotiv”lə oyunda gördüm. Müdafiə xəttini gücləndirməliyik. İki top buraxaraq, uduzduq”.
O, həmçinin yarımfinala yüksələn "Qəbələ”nin növbəti oyunlarından danışıb: "Əlbəttə, bir azərbaycanlı olaraq, bütün komandalarımız bizə əzizdir. İndi də bu turnirdə "Qəbələ”yə azarkeşlik edəcəyik. Məncə, yarımfinala çıxmaq "Qəbələ” üçün ən son həddir”.
Həbibov məşqçilərin hazırlıqlı olmağını da xüsusi vurğulayıb: "Biz azərbaycanlı futbol adamları ən yaralı yerimiz olan hazırlığa xüsusi diqqət yetirib, futbolçuları yaxşı hazırlamalıyıq. Biz daha bilikli olsaq, çox qabağa gedə bilərik. Öz təhsilimizə fikir verməliyik. Bu yaxınlarda digər məşqçimiz Həbib Ağayevlə birgə Hollandiyanın "Ayaks” klubunun düşərgəsinə kursa gedəcəyik. Rəhbərliyimiz artıq qarşımıza məqsəd qoyub ki, gələcəkdə belə turnirlərə çox qatılaq”.