1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vorskla" Bakıya 22 futbolçu ilə gəlir - SİYAHI
Ukraynanın "Vorskla” komandasının UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ”la səfər oyunu üçün Bakıya gətirdiyi heyət açıqlanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Vasili Saçko siyahıya ümumilikdə 22 futbolçus - 2 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib.
Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıb. Həmçinin, İbrahim Kane və Dmitri Kravçenko da səfərə götürülməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.
Qapıçılar: 1. Boqdan Şust, 21. Aleksandr Tkaçenko
Müdafiəçilər: 33. Aleksandr Çijov, 44. Ardin Dalku (Kosovo), 25. Yevgeni Martınenko, 3. Andro Giorqadze (Gürcüstan), 5. Najip Yakubu (Qana), 23. Vadim Sapay, 4. İqor Perduta, 66. Artur Serjio Batista de Souza (Braziliya), 40. Taras Sakiv
Yarımmüdafiəçilər: 6. Aleksandr Sklyar, 11. Vyaçeslav Şarpar, 8. Artyom Qabelok, 17. Volodimir Çesnakov, Pavlo Rebyonok, 13. Maryan Mısık, 19. Volodimir Odaryuk
Hücumçular: 10. Vladislav Kulaç, 26. Yuri Kolomoyets, 9. Mixail Sergeyçuk, 14. Nikolas Mores da Kruz (Braziliya)
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun saat 20:55-də başlayacaq. "Vorskla" bu gün səhər saatlarında Bakıya yola düşüb.