1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Başqa çıxış yolumuz da yoxdur"
"Bura qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikikliklər var. Maksim Medvedev məşqdə zədələnmişdi, Donald Gerrye də zədəli idi. Futbolçular çox əziyyət çəkdilər, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VII turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu nə yerdədir?
- Aqollinin "Vorskla” ilə matça yetişmək ehtimalı azdır. Bu komanda ilə ilk oyunda zədələnib. Maksimlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Boyun nahiyəsindən zədə alıb. Gerrye isə ən pis halda "Vorskla” ilə görüşə hazır olacaq.
- Yakub Jezniçak oyuna sol cinahda başlasa da, Rəşad Sadıqovla matçın gedişində yerini dəyişdi. Bu, nədən qaynaqlanırdı?
- Sol cinahda hücumlarımız fərqli idi. Rəşadı irəli çıxdığı üçün Kuba ora keçirdi. Həm Rahil Məmmədli, həm Rəşad, həm də Jezniçak yaxşı çıxış etdi.
- Yorğunluğun böhrana gətirib çıxarmasından qorxmursunuz?
- Böhran onsuz da yorğunluqdan irəli gəlir. Əvvəllər də belə situasiya ilə rastmaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.
- Son dəqiqələrdə iki əvəzləmə etdiniz. Lakin tablodakı problemə görə əvəzləmə yubandı. İtirilən vaxta görə, buna dəyərdimi?
- 79-cu dəqiqədə əvəzləmə olmalı idi. Qoldan həmən sonra əvəzləmə etmək istədim. Lakin hakimlər tabloda rəqəmləri yazırdılar. Buna görə əvəzləmə bir dəqiqədən çox yubandı.
- Tərlan Əhmədov 4-lü müdafiə oynatması ilə tanınır. Bu dəfə 5-li müdafiə ilə oynamaları sizin üçün gözlənilməz olmadı?
- Gözlənilməz olmadı, amma bunu az ehtimal edirdim. Paltardəyişmə otağında bunu gördük. "Keşlə” ötən illərdə də bu sistemdən ən yaxşı yararlanan komandalardan biri olub. Belə sistemə qarşı oynamışıq. Öz oyunumuzu daha da yaxşılaşdırsaq, istənilən sistemə qarşı oynaya bilərik.
- Qarşıdakı turda "Sumqayıt”la qarşılaşacaqsınız. Onlara qarşı daha da çətin olacağını düşünmürsünüz?
- Ola bilər. İlk oyunda da belə olmuşdu. Oyunlar gərgin, çətin keçir. Futbolçularıma yorulmaq barədə düşünməyi yaxın qoymayacağam. Yorğunluq olsa da, belə matçlara özümüzü hazırlamalı və daha aqressiv çıxış etməliyik. "Sumqayıt”ın futbolçularının fərdi bacarıqlarına görə, maraqlı oyun olacaq. Bu, təkcə Əfran İsmayılovla bağlı deyil.