
AFFA İntizam Komitəsi VIII turun cəzalarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran” – "Bakı” matçında qonaq komandanın qırımızı vərəqə alan müdafiəçisi Elşad Manafov gələn tur komandasına kömək edə bilməyəcək.
69-cu dəqiqədə meydandan qovulan futbolçunun komandası 200 manat cərimə olunub.
Bundan başqa, oyunun 30-cu dəqiqəsində "Bakı” klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanır, klub 10000 manat cərimə olunur.