
"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu". Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Kubokunun 1/16 finalında MOİK-ə uduzan "Lokomotiv"in məşqçisi İlqar Hüsyeynov deyib.
"Dəmiryolçular"ın məşqçisi bildirib ki, qalib gəlmək üçün imkanları var idi: "Əsasən birinci hissədə yaxşı şanslarımız oldu. Amma bundan yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Bunu aradan qaldırmalıyıq. MOİK-ə isə "Qarabağ”la oyunda uğurlar arzu edirəm”.
Qeyd edək ki, kubokun 1/16 finalında MOİK - "Lokomotiv" oyunu 1:0 hesabı ilə başa çatıb.