"Oyun ərzində rəqib bir imkan yaxaladı, ondan da istifadə etdi. Biz isə əksinə, nə qədər çalışdıqsa, alınmadı. Rəqib yaxşı müdafiə olundu”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Dani Kintana evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra deyib. İspaniyalı yarımmüdafiəçi bildirib ki, rəqib bütünlüklə müdafiəyə çəkildiyi üçün çoxlu sayda qol vəziyyəti yaratmamaları normaldır: "İki-üç epizoddan istifadə edə bilsəydik, qələbə üçün kifayət edəcəkdi".
Legioner futbolçu zədədən sonra ilk dəfə 90 dəqiqə meydanda olub. Kintana buna görə baş məşqçi Qurban Qurbanova təşəkkür edib: "Bu, elə bir prosesdir ki, vaxt tələb edir. Şadam ki, baş məşqçi mənə bu qədər oynamaq imkanı verdi. Ona təşəkkür edirəm".
Təcrübəli oyunçu Portuqaliya "Sportinq"i ilə keçirəcəkləri görüş barədə də danışıb: "Premyer Liqa ilə Avropa Liqasındakı oyunları müqayisə etmək düz deyil, fərqli matç olacaq. Portuqaliya komandası bizim kimi futbol oynayacaq və qol vurmaq üçün boşluqlar tapmaq daha asan olacaq. "Sportinq”lə səfərdə olduğu kimi, bizi çətin matç gözləyir. Rəqib səviyyəli komandadır. Amma nəzərə alaq ki, avrokuboklarda ev oyunlarımızda istənilən rəqib üçün çətin komandayıq. Meydana qələbə üçün çıxacağıq. Əvvələr də bu səviyyədə olan komandaları məğlub etməyi bacarmışıq”.
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Sportinq” oyunu saat 21:55-də başlayacaq.