1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yakub Jezniçak: “Bu qərarı hələ də başa düşə bilmirəm”
"Topa nəzarət oyunboyu bizdə oldu. Rəqib öz meydanında bütün komanda ilə müdafiə olunurdu. Belə komandalarla oyunlarda qol epizodu yaratmaq çətindir. Bizdə də belə oldu. Rəqib isə yeganə şansından maksimum yararlandı. Qələbə üçün çalışsaq da, nəticədə heç-heçə etdik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Yakub Jezniçak evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra deyib. Polşalı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Hücumda kəsərsiz olmağınızın səbəbi nə idi?
- Keçən mövsümə də nəzər salsaq, görərik ki, adətən, 1:0 və ya 2:0 hesabı ilə qələbə qazanırdıq və qolları son dəqiqələrdə vururduq. Bunun da əsas səbəbi rəqiblərin bizimlə görüşlərdə müdafiədə daha diqqətli oynamasıdır. Qarşıda hələ 16 matç var, heç nə bitməyib. Sona kimi mübarizə aparacağıq.
- Bu gün qol vursanız da, sanki gərgin görünürsünüz. Nəticəyə görədir?
- Mənim üçün daha xoş olardı ki, qol vurmayım, amma komanda qalib gəlsin. Oyun tez-tez dayanırdı, hakim oynamağa imkan vermirdi. Bir epizodda top uğrunda mübarizə getsə da, baş hakim mənə sarı vərəqə göstərdi. Bu qərarı hələ də başa düşə bilmirəm. Futbol elə oyundur ki, bir az sərtlik normaldır. Heç nədən sarı vərəqə almağım kefimi pozdu.
- Dörd gün sonra "Sportinq”lə oyun var. Bu xal itkisi ab-havanı pozmayacaq?
- Premyer Liqa ilə Avropa Liqası fərqli turnirlərdir. Ona görə də bir-birilərinə təsir edəcəyini düşünmürəm. Çalışacağıq ki, azarkeşlərimiz nəticədən asılı olmayaraq gözəl futbol izləsin.