
"Hədəf hər zaman daha yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq, hədəf dəyişməyəcək".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, milli assosiasiya üçün 2020-ci il Avropa çempionatına vəsiqə çox vacibdir: "Çünki vəsiqə qazansaq, oyunlardan 2-sini evdə keçirməli olacağıq. Bu da bir üstünlükdür. Yeni baş məşqçinin nəzərinə bu məsələni çatdıracağıq".