
"Oyun birinci hissədə çətin keçdi. İkinci yarıda komanda şəklində yaxşı oynadıq. Matçda mübarizə var idi. İkinci hissədə "Qəbələ"dən üstün idik."
Bunu Sportnet.az-a açıqlamasında "Sabah"ın futbolçusu Şakir Seyidov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olduqların oyundan sonra deyib.
Gənc yarımmüdafiəçi sözügedən qarşılaşmada qol imkanları yaratdıqlarını bildirib: "İkinci yarıda şanslarımız lap çox oldu. Epizodların sonunu gətirə bilmirdik. İnanıram ki, cavab qarşılaşmasında bundan da yaxşı olacaq."
Ş. Seyidov özünün də hesabı bərabərləşdirmək üçün şansı olduğunu vurğulayıb: "Komanda yoldaşlarımın da qol imkanları oldu. Amma sonluğu gətirə bilmirdik. Ümid edirəm ki, cavab görüşündə hər şey yerində olacaq. İnanıram ki, növbəti qarşılaşmada qələbə qazanacaq və turu keçən tərəf biz olacağıq".