1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Denis Silva: "Bundan dərs çıxarmalıyıq"
"Oyun barədə nə isə demək çətindir. Liqada yaxşı mövqedə deyilik. Bu gün qələbə üçün əlimizdən gələni etdik. Lakin istədiklərinizi hər zaman həyata keçirmək mümkün olmur. Bəxtimiz gətirmədi. İndi isə biz, yeni ildə bütün gücümüzlə geri dönmək və irəli pillərdə olmaq haqda düşünməliyik".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Denis Silva evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra jurnalistlər üçün brifinqdə deyib. Braziliyalı müdafiəçi digər sualları da cavablandırıb...
- Hesabı siz açsanız da, sonradan üstünlüyü əldən verdiniz. Niyə belə alındı?
- Məncə ikinci hissənin ilk dəqiqələrində diqqətli olmadıq. Bu barədə çoxlu söhbətlər aparsaq da, məsələni həll edə bilmədik. Bu cür vəziyyətlərə hazır olmalı idik. Yaxşı komandamız, yaxşı oyunçularımız var, lakin bəzən siz diqqətinizi itirirsiniz və bu da sizin pis vəziyyətə düşməyinizə səbəb olur. Bundan dərs çıxarmalıyıq.
- Necə düşünürsən: "Qarabağ”ı keçmək olardı?
- Bunu edə bilərdik. Çünki biz bir sıra qol vəziyyətləri yaratmışdıq, həmçinin, rəqibin oynamasına da çətinlik yaradırdıq. Məncə, hamı gördü ki, biz bu turu keçə bilərdik. Lakin qeyd etdiyim kimi, bəxtimiz gətirmədi. Bəzən diqqətsizlik olur, bu da sizin üçün pis nəticələnə bilər. Neynəmək olar? Artıq gələcək haqda düşünməliyik.
- Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...
- Biz, sadəcə, Premyer Liqa haqqında düşünməli və çalışmalıyıq. Hansı oyunçuların gedəcəyi və ya qalacağı ilə əlaqədar heç nə bilmirəm. Qarşıdakı müddət ərzində hamımız bunun şahidi olacağıq. Bizim yaxşı oyunçularımız var. Yenilərin də bizə müsbət təsiri olacaq. İlk olaraq, vəziyyəti dəyişmək üçün çox çalışmalıyıq. Çünki son oyunlara baxdıqda onu demək olar ki, turnir cədvəlində irəliləmək üçün çox yaxşı komandamız mövcuddur.
- Səncə, "Keşlə”yə yeni oyunçular lazımdır?
- Növbəti ildə nələrin baş verəcəyini demək mümkün deyil. Hansısa futbolçu oyunumuza fayda verəcəksə, bu, bizim üçün yaxşı haldır. Ümid edirəm ki, vəziyyəti dəyişə, bu cür oyuna davam etsək, irəli gedə bilərik.