1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən Litvada uğurlu start
"Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərinə start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komanda Litvanın paytaxtı Vilnüsdə təşkil olunan "Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.
U-15 ilk qarşılaşmasında "Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən "Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada "Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn "Qəbələ" rəqibini böyükhesabla məğlub edib – 4:0.
Qeyd edək ki, B qrupunda çıxış edən "Qəbələ” bu gün Bakı vaxtı ilə saat 13:50-də "Minsk”, 19:40-da "Orbita”nı sınağa çəkəcək.