1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Təcrübəsizlik son nöqtəni qoymağımıza mane olurdu"
"Müxtəlif səbəblərdən mövsümə yaxşı başlamasaq da, artıq yavaş-yavaş öz oyunumuzu tapırıq. Bundan sonra daha yaxşı "Bakı" izləyəcəksiniz". Bu sözləri Sportnet.az-a "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.
Uzunca bu gün AZAL-la keçirəcəkləri səfər oyunu barədə də danışıb. O, meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Biz əsasən gənclərdən qurulmuş komandayıq. Əslində, oyunlar zamanı pis çıxış etmirik. Sadəcə, təcrübəsizlik son nöqtəni qoymağımıza mane olurdu. Artıq Jaba kimi təcrübəli hücumçumuz var. AZAL-la səfərdə qarşılaşmağımıza baxmayaraq, meydana qələbə üçün çıxacağıq. Çünki bizə 3 xal çox lazımdır".
Qeyd edək ki, AZAL - "Bakı" oyunu bu gün saat 17:00-da başlayacaq.