İlk iki dövrədən sonra turnir cədvəlinə başçılıq edən EKOL futzal komandası mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb. Qış fasiləsinə qədər "Araz”ın heyətində çıxış edən oyunçu qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacağını təsdiqləyib.
Qeyd edək ki, "Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.