Türkiyənin "Beşiktaş" klubu Hollandiya PSV-sinin futbolçusu Nikolya İzima-Mireni heyətinə qatmağa yaxındır.
Sportnet.az "FOX Sports"a istinadən xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi danışıqların yekun mərhələsi üçün İstanbula gəlib. Onun sonradan birdəfəlik alına bilməsi şərti ilə cari mövsümün sonunadək icarəyə götürüləcəyi gözlənilir.
İzima-Miren PSV-yə 2015-ci ildə "Monako"dan keçib. Fransalı müdafiəçi Eyndhoven təmsilçisinin heyətində 130 oyun keçirib və Hollandiya çempionu olub.
Qeyd edək ki, Superliqada 17 turdan sonra 26 xal toplayan "Beşiktaş" 7-ci pillədə qərarlaşıb. Lider isə 35 xala malik "Başakşehir"dir.