"Keşlə" klubu fiziki hazırlıq üzrə məşqçisi Aleksandr Karakliçlə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, serbiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona karyerasında uğurlar arzulanır. Karakliçin karyerasını Çində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, "Keşlə" daha əvvəl Rəşad Sadiqovla məşqçi kimi əməkdaşlığa başlayıb.