1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sabah"ın qapıçısı "Sumqayıt"da
"Sumqayıt” klubu heyətinə daha bir qapıçı cəlb edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq "Sabah”ın şərəfini qorumuş Aydın Bayramovla 1,5 illik müqavilə imzalanıb. 23 yaşlı qolkiper yeni komandasında 13 nömrəli formada çıxış edəcək.
"Sumqayıt" daha əvvəl "Neftçi"dən qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib. Bundan başqa "Zirə"dən müdafiəçi Adil Nağıyevi alan "gənclik şəhəri" təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.
Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində "Rəvan”, MOİK və "Sabah” klublarının uğurları üçün çalışıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına da cəlb olunub.