
"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki hazırlığının üçüncü gününü iki məşqlə tamamlayıb.
Sportnet.az xəbər verir ki, səhər məşqi yerli vaxtla 11:00-da başlayıb və futbolçular laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir.
Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib