Türkiyənin "Qalatasaray" klubu yeni transferini açıqlayıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi cinah müdafiəçisi Emre Taşdemiri heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, son olaraq "Bursaspor"da oynayan E.Taşdemir 4 dəfə Türkiyə milli komandasının da formasını geyinib.