"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki toplanışının dördüncü günündə iki məşqə çıxıb.
Sportnet.az xəbər verir ki, günün ilk məşqi təxminən 1 saat davam edib. Futbolçular fitness zalında çalışıb.
İkinci məşq isə meydanda baş tutub. Kollektiv isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.











































































