"Keşlə" komandası təlim-məşq toplanışı məqsədilə Türkiyənin Antalya bölgəsinə yollanıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Belek qəsəbəsində "Riu Kaya" otelində məskunlaşıb. Kollektiv bu gün trenajor zalında məşq edib.
Sabah "Keşlə" gün ərzində iki dəfə məşq etməyi planlaşdırır.