“İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun saytına açıqlamasında yoxlama oyununda Almaniya "Meppen"inə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
39 yaşlı mütəxəssis bəzi oyun elementlərini icra etmək istədiklərini vurğulayıb: "Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Onlar da bu şans yarandı. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək”.