
Futzal üzrə Yüksək Liqada III dövrənin ilk turunu iki futzalçı buraxacaq.
Sportnet.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, XV turda “Araz”ın “Yasamal” MFK-dan aldığı Sadiq Cavid və "Yasamal"ın üzvü Salar Şahnazi oynamayacaq. Hər iki oyunçu qış fasiləsinə qədər 4 sarı vərəqə limitini doldurub.