"Mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda başladıq və intensiv çalışdıq. Antalyadakı məşqlər də eyni tempdə keçir. Ümumilikdə toplanışdan razıyıq və hazırlığımızı yüksək səviyyədə həyata keçirməyə çalışırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Slavik Alxasov Türkiyənin Antalya bölgəsində Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra deyib. O, görüşün çətin keçdiyini diqqətə çatdırıb: "Bu gün toplanış çərçivəsində ilk matça çıxdıq. Ağır məşqlərdən sonra Özbəkistanın U-23 millisinə qarşı oynamaq heç də asan olmadı. Özbəklərin çox yaxşı komandaları var. Ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır”.