"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Qazaxıstan "Astana"sının düşərgəsinə qoşulub.
Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu icarədə olduğu komandada hazırlıq keçməyə başlayıb. Halbuki bir neçə gün əvvəl o, müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una qayıtmaq istədiyini bildirmişdi. Enrikenin "Astana" ilə müqaviləsi 2019-cu ilin yayınadəkdir. "Sambaçı" 2018-ci ilin yayından forma geyindiyi komandada 19 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Astana" yanvarın 15-dən "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında Dubayda hazırlıq keçir.