Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.
U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
-----
Avropa çempionatının elit-raund mərhələsinə hazırlığını Türkiyənin Antalya bölgəsində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk yoxlama matçını keçirir.
Sportnet.az-ın məlumatına görə, millimiz Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşır. U-19 oyuna bu heyətlə çıxıb:
1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rüfət Hüseynli, 26. Xəyal Muradov, 15. Vüsal Məsimov, 8. Şakir Seyidov, 7. Turan Vəlizadə, 24. Tural Bayramov, 11. İsmayıl Zülfüqarlı, 10. Kamran Quliyev, 9. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samuqullin, 14. Elnur İbrahimov, 21. Zamiq Əliyev, 2. Rüstəm Nuriyev, 3. Murad Məmmədov, 13. Ruslan Qəribov, 6. İdris İnqilablı, 23. Rüfət Abdullazadə, 19. Vüsal Əsgərov, 17. Samir Qurbanov, 16. Elvin Talıbov, 18. Sərhad Daşdəmir