1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın qələbə seriyası 5-ə çatdı
Topaz Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası 5-ə çatıb. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, çempionatın lideri "Qarabağ” "Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edib.
Bununla da Ağdam təmsilçisi ardıcıl 5-ci qələbə qazanıb. AZAL (3:0), "Simurq” (1:0), "Neftçi” (3:1), "Qəbələ” (2:0) ilə oyunların ardından son çempion "Qarabağ” Lənkəran təmsilçisinə də qalib gəlib. Bu 5 görüşdə 12 qol vuran Qurban Qurbanovun komandası cəmi 3 top buraxıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində 16-cı dəfə 5 və daha çox qələbəni sıralayan Ağdam təmsilçisinin mütləq rekordu 9-a bərabərdir. 2010/2011-ci il mövsümündə ardıcıl 9 qələbə qazanan "Qarabağ” çempion olduğu ötən mövsümdə 7 görüşdə 3 xal qazansa da, seriyası qırılmışdı.