"Məncə, pis oynamadıq. Sadəcə, iki epizodda diqqətsizlik etdik. Təəssüf ki, hər iki vəziyyət qapımıza qolla nəticələndi və buna görə də məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Soni Mustivar Türkiyənin Antalya bölgəsində Çexiya "Slovan”ına 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. verib. Haitili yarımmüdafiəçi sınaq matçlarına ciddi yanaşdıqlarını bildirib: "Sınaq matçı olmasına baxmayaraq, uduzmaq istəməzdik. Ümumiyyətlə, yoxlama oyunlarının hamısına ciddi yanaşırıq. Çünki, fikrimcə, məşqlərimiz oyunda öz əksini göstərir. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq. Daha da yaxşı oynamalıyıq ki, komandada özünəinam artsın”.