"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki qış toplanışında sonuncu məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, ötən gün axşam saatlarında baş tutmuş hazırlıq prosesi zamanı futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetiriblər. Məşq iki tərəfli oyunla yekunlaşıb.
Mikrozədələri olan iki futbolçu - Miçel və Abdullah Zubir artıq kollektivə qoşulub. Digər zədəli Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, bu gün "Qarabağ" Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama matçı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlanacaq qarşılaşma "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.