
Xorvatiya milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Şime Vrsalko əməliyyat olunacaq.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, müqavilə ilə İspaniya "Atletiko"suna məxsus olan 29 yaşlı müdafiəçi mövsümü başa vurduğu üçün komanda yoldaşları ilə vidalaşaraq Madridə yollanıb. Onun 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Vrsalko AVRO-2020-nin seçmə mərhələsinin I turundakı Azərbaycan millisi ilə matçda da iştirak etməyəcək.
Qeyd dək ki, Xorvatiya – Azərbaycan matçı martın 21-də keçiriləcək. Daha öncə Xorvatiya yığmasının digər müdafiəçisi Deyan Lovrenin cəza üzündən bu oyunda iştirak etməyəcəyi dəqiqləşib. Şime Vrsalko icarə əsasında "İnter"də çıxış edir. Onun icarə müddəti mövsümün sonunda başa çatır.