Rusiyanın Mahaçqala şəhərindəki "Anji Arena"da ot örtüyünün sökülməsi prosesinə başlanılıb.
Sportnet.az-ın "Çempionat" nəşrinə istinadən verdiyi məlumata görə, səbəb ödənişlərin edilməməsidir. Meydanın əvəzinə konsert meydançasının tikintisi planlaşdırılır.
Lakin klubun rəsmi açıqlamasında stadionun ot örtüyünün kollektorun təmizlənməsi məqsədilə söküldüyü vurğulanıb. Bildirilir ki, qazon 20 gündən sonra hazır vəziyyətdə olacaq.
Qeyd edək ki, "Anji" 17 turdan sonra 15 xalla 15-ci pillədə qərarlaşıb. Dağıstan təmsilçisinin yeni idman direktoru klubun borcunun 78 milyon rubl olduğunu açıqlayıb.