Azərbaycan milli komandasının baş məşqçi məsələsi fevralın 4-də həllini tapa bilər. Sportnet.az-ın məlumatına görə, həmin gün AFFA Məşqçilər Komitəsinin iclası çağırılıb.
İclasda əsas müzakirə mövzusu yığmanın yeni baş məşqçi postuna namizədlər ətrafında olacaq. Matç.az-ın yazdığına görə, bu vəzifəyə əsas namizəd italiyalı Anjelo Alessiodur. 54 yaşlı mütəxəssis ötən həftə Bakıya gəlib və AFFA-nın inzibati binasında assosiasiya rəhbərliyi ilə görüşüb.
Qeyd edək ki, millinin baş məşqçi postu dekabrın 8-də Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boşalıb.