İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Maruan Fellayni karyerasını Çində davam etdirəcək.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı yarımmüdafiəçi bu ölkənin “Şandun Lunen” klubu ilə müqavilənin detallarını razılaşdırıb. Fellayninin artıq tibbi baxışdan keçdiyi və transferin yaxın zamanda açıqlanacağı bildirilir.
Asiyalılar 3 illik müqavilə bağlayacaqları yığma üzvü üçün klubuna 10 milyon funt sterlinq ödəyəcəklər.
Qeyd edək ki, Fellayni 2013-cü ilin yayında 27,5 milyon funt sterlinq qarşılığında “Everton”dan “Mançester Yunayted”ə transfer olunub. O, az oyunu vaxtı aldığı üçün 2020-ci ilin iyununa qədər müqaviləsi olduğu İngiltərə təmsilçisini tərk etmək qərarına gəlib.