"Qarabağ" komandası "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına futbolçu itkiləri ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, Reynaldo və Miçelin qarşıdakı oyunu buraxacaqlarını bildirib: "Hazırda Reynaldo fərdi qaydada məşq edir. Miçel isə zədəlidir və hələ məşqlərə başlamayıb. Hər ikisi oyunu buraxacaq".
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.