"Roma"nın futbolçusu Edin Ceko İtaliya Kubokunun 1/4 finalında "Fiorentina" ilə cavab görüşündə qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisinin hücumçusu 2 oyunluq diskvalifikasiya və 10 min avro cəriməyə məruz qalıb. Ceko həmin qarşılaşmada meydana sonradan daxil olub. Matçın gedişində o, komanda yoldaşına sarı vərəqənin göstərilməsinə sərt etiraz edib. O, baş hakim Canluka Manyanelloya tüpürüb və nəticədə meydandan qovulub.
Qeyd edək ki, görüş "Fiorentina"nın qələbəsi ilə yekunlaşıb - 7:1. "Roma" bu məğlubiyyətdən sonra mübarizəni dayandırıb.