Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən son oyunu bir dəqiqəlik sükutla başlayıb.
Sportnet.az xəbər verir ki, bir neçə gün öncə vəfat edən "Qarabağ" klubunun təsisçilərindən Adil Nadirovun xatirəsi Tofiq Bəhramov adına Respublika stadionunda da yad olunub.
Ağdam komandasının futbolçuları meydana "Qarabağ" səni unutmayacaq" plakatı ilə çıxıblar.
Qeyd edək ki, saat 18:30-da start götürən qarşılaşmada "Qarabağ" erkən qol vurub - 1:0.