Mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 5 futbolçusu üçün yubiley xarakteri daşıyıb.
Sportnet.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunun “Sabah”la görüşü (0:2) bu oyunçular üçün Azərbaycan çempionatında yubiley qarşılaşması kimi yadda qalıb.
Hazırda “Qartallar”ın heyətində yer alan futbolçular arasında rekordçu olan Vüqar Mustafayev komanda ilə 70-ci dəfə Premyer Liqa matçına çıxıb.
Zirə İdman Kompleksindəki görüş daha 4 futbolçu üçün yaddaqalan olub. Bu matç İlkin Muradov üçün 30-cü olubsa, Kamal Bayramov 25-ə, Mirsahib Abbasov 20-yə Miloş Radivoyeviç isə 10-a çatıb.